Xətaidə su olmayacaq

Xətaidə su olmayacaq
  07 Oktyabr 2020    Oxunub:1697
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 7 oktyabr 2020-ci il tarixində gün ərzində Xətai rayonunun Lütfi Zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Azvision.az



Teqlər: Xətai   Azərsu  





Xəbər lenti