İsveçdə yaşayan Azərbaycan əsilli siyasətçilər parlamentə müraciət edib

İsveçdə yaşayan Azərbaycan əsilli siyasətçilər parlamentə müraciət edib
  08 Oktyabr 2020    Oxunub:1958
İsveç Krallığında yaşayan Azərbaycan əsilli siyasətçilər bu ölkənin Parlamentinin xarici əlaqələr üzrə komitəsinə müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, İsveç Krallığının parlamentində təmsil olunan partiyalarin seçkili orqanlarında, regionlarda və bəllədiyyələrdə siyasi vəzifə daşıyan Azərbaycan əsilli siyasətçilər Aida Kərimli, İradə Əliyeva Söderberg, Turan Əliyev, Firudin Ələsgərov, Xalidə Marefat İsveç Krallığının xarici əlaqələr üzrə komitəsinə və komitənin 48 millət vəkilinə Dağlıq Qarabağ məsələsi ilə bağlı məktub ünvanlayıblar.

Məktubda Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan ordusu tərəfindən işğal edilməsi, beynəlxalq qanunlara əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyindən bəhs edilib. Həmçinin, İsveç dövlətinə bu məsələdə daha fəal olmaqla bağlı çağırış edilib.

Azvision.az



Teqlər: İsveç   Müraciət  





Xəbər lenti