Gündəlik yoluxma sayı 200-ü keçdi

 Gündəlik yoluxma sayı 200-ü keçdi
  09 Oktyabr 2020    Oxunub:3060
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, daha 117 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 41 min 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib. Aktiv xəstə sayı 1785 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 162 min 62 test aparılıb. Bugünkü test sayı isə 5124-dür.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti