İran Qarabağdakı atəşkəsi alqışlayır - Zərif

 İran Qarabağdakı atəşkəsi alqışlayır -  Zərif
  10 Oktyabr 2020    Oxunub:3037
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tehranın Azərbaycanla Ermənistan arasında bu gündən qüvvəyə minən atəşkəsi alqışladığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN rəhbəri “Twitter” hesabında yazıb.

“İran sülhə doğru addım kimi Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Biz, qonşularımız Azərbaycan və Ermənistanı beynəlxalq hüquqa və ərazi bütövlüyünə hörmət əsasında substantiv dialoqa çağırırıq. Həmçinin, Rusiyanın vasitəçi olaraq atəşkəs danışıqlarındakı konstruktiv səylərini qiymətləndiririk”, - deyə XİN rəhbəri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   XİN  





Xəbər lenti