“Günahsız insanların qisası yerdə qalmayacaq” - Əli Əhmədov Gəncədən yazdı

 “Günahsız insanların qisası yerdə qalmayacaq” -   Əli Əhmədov Gəncədən yazdı
  11 Oktyabr 2020    Oxunub:2463
“Ermənistan ərazisindən atılan raketlə Gəncədə yaşayış binasının atəşə tutulması, çox sayda dinc sakinlərin qətlə yetirilməsi vandalizmin, vəhşiliyin son həddidir”.
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov "Facebook" səhifəsində yazıb.

Əli Əhmədov qeyd edib ki, humanitar məqsədlə cəbhədə atəşkəsin tətbiq edilməsi barədə razılaşmanın qüvvəyə minməsindən sonra erməni rəhbərliyinin belə vəhşiliyi, növbəti dəfə dinc insanların, uşaq və qadınların qatili olması hər cür nifrətə və lənətə layiqdir: “Qoy dünya gözlərini açıb, Azərbaycanın necə xəyanətkar, xain, insani hisslərdən uzaq düşmənlə üz-üzə dayandığını görsün. Başa düşsün ki, bu cür xislətə malik olanları cəzasız qoymaq, törətdiyi cinayətlərinə görə layiqli cəzasını verməmək insanlığa qarşı xəyanətdir. Verdiyi vədlərə xəyanət etmək, uşaq qətlləri törətmək erməni tərəfin həyat tərzi, mənəviyyatının ayrılmaz hissəsidir. Gəncədə törədilən erməni vəhşiliyi bunun bariz nümunəsidir. Vasitəçilər işğalçı Ermənistanın vandalizminə lazımi qiymət verməlidir”.

Baş nazirin müavini vurğulayıb ki, Gəncədə qətlə yetirilən günahsız insanların qisası yerdə qalmamalıdır və qalmayacaq.

Azvision.az


Teqlər: Əli-Əhmədov   YAP   Qarabağ   Gəncə  





Xəbər lenti