Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir
  12 Oktyabr 2020    Oxunub:2484
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva Gəncədə faktaraşdırıcı missiya həyata keçirir.
Azvision.az xəbər verir ki, bu barədə Ombudsmanın "Facebook" səhifəsində məlumat yayılıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti