“Ordumuz yalnız düşmənin hərbi hədəflərini məhv edir” - Ekspert

“Ordumuz yalnız düşmənin hərbi hədəflərini məhv edir” -  Ekspert
  15 Oktyabr 2020    Oxunub:2935
Döyüşlər başlayandan Ermənistan tərəfi sərsəm bəyanatlarla çıxış edir ki, guya Azərbaycan Ordusu mülki əhalini və ya onların yaşadığı yerləri hədəfə alır. Əslində hər kəs bunun yalan olduğunu bilir. Azərbaycan Müdafiə Nazirliyi görüntülərlə təsdiqləyir ki, Ordumuz düşmənin yalnız hərbi hədəflərini məhv edir.
Bunu Azvision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. Ekspert bildirib ki, əgər düşmən hərbi hədəflərini aparıb hansısa binanın zirzəmisində, yaşayış yerində maskalayıb, mülki əhalidən canlı qalxan kimi istifadə edirsə, bu, onların öz problemləridir:

"Düşmən ötən gün məlumat yaymışdı ki, guya Azərbaycan Ordusu mülki əhalini hədəfə alıb və atılan raketin qalıqlarını paylaşmışdılar. Həmin raketdə olan 9M33 "OSA" zenit-raket kompleksinin bir hissəsi idi. Hərbi sahədən anlayışı olanlar bilir ki, bu raket hava hədəflərinə qarşı istifadə olunur. Bununla hər hansı yerüstü hədəfə atəş açılmır. Məhz bu məqsəd üçün təyinatlandırılmayıb. Məlum olur ki, raket özləri tərəfindən atılıb. Çünki bu raketlər yaxın 15-20 kilometr məsafə üçündür. Azərbaycanın Ermənistanın pilotsuz uçuş aparatına atdığı raket gedib o qədər məsafəyə düşməz. Bu zaman onların yalanı ifşa olunur ki, zenit-raket kompleksinin raketinin qalıqlarını götürüb mülki əhaliyə tətbiq olunma kimi göstərirlər".



R.Süleymanovun sözlərinə görə, Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik: "Azərbaycan Ordusu dəqiq silahlardan istifadə edir. Düşmən hədəfləri PUA-larla aşkarlanır və dəqiq atəşlə onu məhv etməyə imkan verən kamikadze dronlar, zərbə dronları və tank əleyhinə raket komplekslərindən istifadə olunur. Bu dəqiq silahlar humanist müharibə aparmaq üçün ən mühüm faktorkardan biridir. Məsələn, düşmən hər hansı bir tankı yaşayış evinin arxasında gizlədibsə, ətrafdakı yaşayışa, mülki əhaliyə və s. zərər vurmadan, dağıntı etmədən həmin hədəf nöqtə atışı ilə vurulur. Azərbaycan Ordusu ətrafa zərər vurmadan hərbi hədəfləri ovlayır. Bu görüntülər dəfələrlə nümayiş olunub və göz qabağındadır. Dünya da bu çəkilişləri görür ki, hərbi hədəfləri necə vururuq. Onlardan fərqli olaraq mülki əhalinin yaşadığı yerə operativ-taktiki raket atmamışıq, ballistik raketlərdən və kasetli sursatlardan istifadə etməmişik. Ordumuz dəqiq atəşlə yalnız düşmənin hərbi hədəflərini məhv edir. Bunun nəticəsində düşmənin müqavimət göstərəcək döyüş texnikalarının, artilleriya vasitələrinin sayı minimuma endirilib".







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Düşmən   Yalan   Məlumat   Ekspert  





Xəbər lenti