Gəncədə növbəti erməni terroru - VİDEO+FOTOLAR (YENİLƏNİB)

Gəncədə növbəti erməni terroru -  VİDEO+FOTOLAR (YENİLƏNİB)
  17 Oktyabr 2020    Oxunub:20467
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

***
Raket hücumu yaşayış binasında dağıntılara səbəb olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda xilasetmə işləri aparılır.

***
İlkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

***
Baş Prokurorluqdan bildirilib ki, Gəncədə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb. Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:















Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti