“Biz özümüz onların cəzasını verəcəyik” - Prezident

 “Biz özümüz onların cəzasını verəcəyik” -   Prezident
  17 Oktyabr 2020    Oxunub:3950
Füzulini təslim etmək istəmirdi. Halbuki başa düşürdü ki, bunu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. Dünən, srağagün və bu gecə Cəbrayıl istiqamətində də uğurlu əməliyyatlar keçirilibdir, strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki, mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Prezident bildirib ki, bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək:

"Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Bunu hər kəs bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun.

Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq".

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti