Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir
  17 Oktyabr 2020    Oxunub:2189
İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva erməni silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01:00 radələrində törətdikləri müharibə cinayəti nəticəsində baş vermiş insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktının araşdırılması məqsədilə Gəncə şəhərində səfərdədir.
Azvision.az xəbər verir ki, bu barədə Ombudsmanın "Facebook" səhifəsində məlumat yayılıb.

Qeyd edilib ki, bu dəqiqələrdə Ombudsman tərəfindən faktaraşdırıcı missiya həyata keçirilir.

Qeyd edək ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 3-ü azyaşlı, 4-ü qadın olmaqla 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.







Azvision.az


Teqlər: Ombudsman   Gəncə   Terror  





Xəbər lenti