Ermənistanın Gəncəyə raket hücumu Ukrayna mətbuatında

Ermənistanın Gəncəyə raket hücumu Ukrayna mətbuatında
  17 Oktyabr 2020    Oxunub:2032
Ukraynanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Gəncənin yaşayış binalarını gecə saatlarında yenidən raket atəşinə tutması barədə materiallar yayıb.
Azvision.az xəbər verir ki, “RBK-Ukrayna”, “İnterfax-Ukrayna” informasiya agentliklərində, “QORDON”, “Segodnya” portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda oktyabrın 17-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.



Qeyd edilir ki, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinin ballistik raket atəşinə tutulması nəticəsində dinc əhali arasında 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb, yaşayış binaları dağılıb.



Ukrayna mətbuatı bu məlumatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Fövqəladə Hallar Nazirliyinə, eləcə də Baş Prokurorluğa istinadla yayıb.

Azvision.az


Teqlər: Gəncə   Ukrayna  





Xəbər lenti