Susmağa gücü yetən insan oğlu varsa, sussun! - Türkiyə MN

 Susmağa gücü yetən insan oğlu varsa, sussun! -  Türkiyə MN
  18 Oktyabr 2020    Oxunub:3141
Ey fərqli dillərdə danışdığımız, fərqli coğrafiyada yaşadığımız bəşəriyyət... Bu balaca körpə gecə yuxusunda ikən Ermənistan ordusu tərəfindən ballistik raket ilə qətlə yetirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Tvitter" hesabında yazılıb.

"Dilimiz, dinimiz, ölkələrimiz fərqli ola bilər, ancaq bu şəkil hamımızın ürəyini dağlamağa yetərdir", - paylaşımda vurğulanıb.

Bir başqa paylaşımda Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkilləri dərc olunaraq qeyd olunub:

"Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!".

Azvision.az



Teqlər: Türkiyə   MüdafiəNazirliyi  





Xəbər lenti