Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

 Ermənistan dövlət sərhədində də atəşkəsi pozub
  18 Oktyabr 2020    Oxunub:5278
Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Azvision.az


Teqlər: Düşmən   Sərhəd  





Xəbər lenti