“Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər” - Rusiyalı politoloq
“Ermənistanın baş naziri, bu müharibənin əsas səbəbkarı, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı Nikol Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”, - deyən politoloq fikrini belə əsaslandırıb:
“Orada hakimiyyət hərbi komitəyə ötürülə bilər. Buna səbəb Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, bir də odur ki, Rusiya açıq-aşkar Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəmir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir, çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.
Azvision.az
Teqlər: SergeyMarkov