Dövlət qurumlarında işçilərin sayı 30 faizədək azaldılıb

Dövlət qurumlarında işçilərin sayı 30 faizədək azaldılıb
  19 Oktyabr 2020    Oxunub:3009
Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi bu gündən 30 faizədək azaldılıb, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Qeyd edək ki, son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Azvision.az


Teqlər: Karantin   İşçi   Qurum  





Xəbər lenti