Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur

Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulur
  19 Oktyabr 2020    Oxunub:2393
Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanalları yenidən qurulacaq.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi şirkətin seçilməsi nəzərdə tutulub. Bunun üçün isə açıq tender elan edilib.

Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Yenidənqurma ölkə prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planınaəsasən həyata keçirilir.

Azvision.az


Teqlər: Su   Melorasiya  





Xəbər lenti