Mustafa Şentop sabah Milli Məclisdə çıxış edəcək

   Mustafa Şentop sabah Milli Məclisdə çıxış edəcək
  19 Oktyabr 2020    Oxunub:1744
Sabah Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Plenar  





Xəbər lenti