Keçmiş məhkumdan tapança götürüldü - FOTO

Keçmiş məhkumdan tapança götürüldü -    FOTO
  19 Oktyabr 2020    Oxunub:1729
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 40 yaşlı Elmir Qocayev rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “TT” tipli tapança,və həmin tapançaya məxsus 2 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti