“Ərazilərimiz ekoloji terrora məruz qalıb” - AQTA sədri

  20 Oktyabr 2020    Oxunub : 1410
“Ərazilərimiz ekoloji terrora məruz qalıb” -  AQTA sədri
“Azərbaycan torpaqlarının işğal altında saxlanılması, digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərin ekoloji terrora məruz qalmasına, fauna və floraya külli miqdarda ziyan vurulmasına gətirib çıxarıb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təşkil etdiyi “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfransda qurumun sədri Qoşqar Təhməzli bildirib.

"Problemin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi nəinki yerinə yetirilməyib, üstəlik Ermənistan silahlı qüvvələrinin Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində bu günə qədər xeyli sayda mülki vətəndaşımız həlak olub, yaralanıb, böyük dağıntılar olub. Dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı böyük resursların sərf edildiyi indiki şəraitdə, iqtisadi və sosial vəziyyətə mühüm təsiri olan bitki sağlamlığının qorunması çox böyük önəm kəsb edir", - deyə o, qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA   Ermənistan   Təxribat