Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı

  21 Oktyabr 2020    Oxunub : 2651
 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Bu ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.

Azvision.az

Teqlər: XİN   Nazir