Prezident: “İndi hər kəs yeni reallıqla hesablaşmalıdır”
Minsk qrupunun fəaliyyətini tənqid edən dövlətimizin başçısı deyib: “Elə bil ki, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Azərbaycana hər tərəfdən nə qədər böyük təzyiq göstərirlər. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il belə süründürə-süründürə bu məsələni elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi?”.
Prezident qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. Deməli bunların bütün fəaliyyəti indi Ermənistanı - təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutanı xilas etməkdir.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev