İlham Əliyev: “Mənim mövqeyim xalqıma bəllidir”
“İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş vermişəm ki, hələlik Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident qeyd edib ki, Ermənistanın bizim torpaqlardan, işğal edilmiş rayonlarımızdan çıxmasının vaxtı barədə konkret cədvəl verilməlidir. Ermənistan bu cədvəli verməyib. Əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev