Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb

 Ermənilər Tərtərin kəndinə “Smerç” raketi atıb
  30 Oktyabr 2020    Oxunub:2652
Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini raket atəşinə tutub.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter” hesabında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb. Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb.

Azvision.az


Teqlər: Tərtər   Raket  





Xəbər lenti