Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

 Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
  01 Noyabr 2020    Oxunub:2224
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Sərhəd   Atəşkəs  





Xəbər lenti