Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozdu

 Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozdu
  03 Noyabr 2020    Oxunub:2039
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti