“ASAN xidmət” 9 noyabrda işləməyəcək

“ASAN xidmət” 9 noyabrda işləməyəcək
  06 Noyabr 2020    Oxunub:1818
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
“ASAN xidmət"dən Azvision.az -a verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti