Ermənilər İtaliyadakı səfirimizi təhdid edir

 Ermənilər İtaliyadakı səfirimizi təhdid edir
  07 Noyabr 2020    Oxunub:2483
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ermənilərə aid olduğu bilinən "Tvitter" səhifəsindən davamlı təhdid mesajları alır.
Azvision.az xəbər verir ki, diplomat bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirib ki, "L'Italiano in Armenia" onun ünvanına mütəmadi təhdid mesajları ünvanlayır.

Səfirin paylaşdığı şəkildə sözügedən səhifənin "Azərbaycanın İtaliyadakı səfiri üçün dua edin" ifadəsi də yer alıb.

"Erməni saxtakarlar mənə qarşı birbaşa hücumlara və təhdidlərə keçir. Xocalı soyqırımını törədənlərdən başqa bir şey gözləyə bilməzdim", deyə diplomat vurğulayıb.

İtaliyalı siyasətçi, Avropa Parlamentinin Deputatı Aldo Patriçielli bununla bağlı səfirə dəstək paylaşım edib və onunla həmrəy olduğunu qeyd edib:

"Bu saatlarda təhdidlərə və mənasız hücumlara məruz qalan səfir Məmməd Əhmədzadə ilə tam həmrəyik. Siyasi mübahisələr heç vaxt qarşılıqlı hörmət hüdudlarından kənara çıxa bilməz".

Azvision.az


Teqlər: İtaliya   Səfir   Təhdid   Erməni  





Xəbər lenti