Helsinkidə erməni terroruna etiraz edildi
Terror qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əllərində erməni təcavüzünü pisləyən məlumatverici plakatlar və Azərbaycan bayrağı tutan gənclər fin və ingilis dillərində “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” “Erməni terrorçuluğuna son!” kimi şüarlar səsləndiriblər.
Həzin Azərbaycan musiqilərinin canlı səsləndirildiyi dinc aksiya şəhər sakinlərinin və turistlərin də diqqətini çəkib. Finlandiyada təhsil alan fəal gənclər Ofeliya Verdiyeva, Fərhad Savoji, Şəfiqə Qasımzadə, Sevda Hüseynova, Aylin Cabbarlı, Üzeyir Abbas, Ömər Mirzəyev, Fərid Əhmədiv, Aysu Saedi, Əsmər İbrahimzadə və Mona Savojifar yerli sakinlərə Ermənistanın dinc əhaliyə qarşı terror aktı törətməsi və günahsız insanların, o cümlədən azyaşlı uşaqların qətlə yetirilməsi barədə məlumat veriblər.
Azvision.az