Braziliya telekanalında Qarabağ münaqişəsindən danışıldı

Braziliya telekanalında Qarabağ münaqişəsindən danışıldı
  10 Noyabr 2020    Oxunub:1112
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin “Rede TV” kanalının “Por Brasilia” proqramına müsahibə verib.
Səfirlikdən Azvision.az -a bildirilib ki, müsahibədə E.Poluxov Azərbaycan-Braziliya münasibətlərindən danışıb, ölkəmizin iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib, bu sahədə mövcud potensialın tam istifadə olunmadığını və bunun üçün hər iki ölkənin dövlət orqanlarının işinin fəallaşdırılmasının vacibliyinin söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verən səfir vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı qadağan olunmuş raket və mərmilərindən istifadə etməsi, xarici ölkələrdən muzdluların hərbi əməliyyatlara cəlb olunduğunu, erməni terror təşkilatlarının bütün dünyada azərbaycanlıları hədəfə aldıqlarını bildirib.

Həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatlarından söz açan E.Poluxov onların Dağlıq Qarabağda savaşan erməni separatçıları üçün topladığı maddi resursların münaqişənin hərbi yolla davam etdirilməsinə və çoxsaylı insan tələfatına xidmət etdiyini bildirib.

Sonda diplomat ölkə rəhbərliyinin münaqişənin həllinə dair mövqeyini səsləndirib, Ermənistan tərəfindən torpaqlarımızın işğalının nəticələrini aradan qaldırmaq üçün Azərbaycan dövlətinin müvafiq işlərə başladığını vurğulayıb.

Azvision.az


Teqlər: Braziliya   Qarabağ   Münaqişə  





Xəbər lenti