Şuşanın azad olunması Münhendə qeyd olundu

Şuşanın azad olunması Münhendə qeyd olundu
  10 Noyabr 2020    Oxunub:1792
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə avtoyürüş təşkil ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, həmvətənlərimiz hər zaman, o cümlədən müzəffər Azərbaycan ordusunun qələbə salnaməsi yazdığı bu günlərdə daimi Azərbaycanın yanında olduqlarını bildiriblər.

Avtoyürüşün sonunda iştirakçılar “Şuşa Qarabağdır!” “Qarabağ-Azərbaycandır!” şüarları səsləndiriblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti