“Nikol, sən bizi rüsvay etdin!” - Erməni rejissor

 “Nikol, sən bizi rüsvay etdin!” -   Erməni rejissor
  11 Noyabr 2020    Oxunub:2974
Ermənistanın tanınmış rejissoru Ruben Mxitaryan ölkənin baş naziri Nikol Paşinyanı sərt tənqid edib.
Azvision.az xəbər verir ki, erməni rejissor bu barədə videomüraciətində deyib.

Mxitaryan bildirib ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Qarabağ məsələsi də daxil olmaqla, həlledici qərarlar qəbul edilərkən, məsələni təqdim etmək üçün meydanda insanları toplayacağını vəd etmişdi. Lakin bunu etmədi.

Onun sözlərinə görə, Nikol gecə gizli qərar verdi, Ermənistan üçün "fəlakətli", biabırçı sənədi imzaladı və indi də hamını aldatmağa davam edir.

Bundan əlavə, Mxitaryan söyləyib ki, 25 il ərzində bütün sənədlərdə 7 rayonla əlaqəli məqamlar var idi. O, Şuşanın itirilməsindən sonra Qarabağın kiçik bir hissəsində qalacaqları və Naxçıvana gedən yolun Ermənistan ərazisindən keçəcəyindən də narahatdır.

Ruben Mxitaryanın fikrincə, separatçıların rəhbəri olmuş Arayik Harutyunyanın videomesajından aydın olur ki, yalnız müharibə bitəndən sonra gerçəklik təqdim olunub, cəmiyyətdə saxta reallıq yaradılıb: “Sən bizi rüsvay etdin, min hissəyə böldün. Bu müharibə zamanı minlərlə erməninin qanı töküldü. Nikol Paşinyan, müharibəni Ermənistan küçələrinə daşıma, ermənini erməniyə qarşı qoyma, içinizdə bir az ermənilik qalıbsa sakitcə gedin…”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti