ATV MTRŞ-ya müraciət etdi

ATV MTRŞ-ya müraciət etdi
  17 Noyabr 2020    Oxunub:1725
“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə 106.3 FM radiosunun proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.
Şirkətdən Azvision.az -a verilən məlumata görə, müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərin quraşdırılması üçün “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinə yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.

Azvision.az


Teqlər: ATV   Şuşa   Laçın   Kəlbəcər  





Xəbər lenti