Orduda kütləvi yoluxma qeydə alınmayıb - RƏSMİ

   Orduda kütləvi yoluxma qeydə alınmayıb -    RƏSMİ
  19 Noyabr 2020    Oxunub:2670
Azərbaycan Silahlı Qüvvələrində koronavirusa yoluxmanın qarşısını almaq üçün tədbirlər görülür.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hərbi müalicə müəssisələrində virusun yayılmasının qarşısı alınıb: "Bəzi fərdi məqamlar istisna olmaqla, kütləvi yoluxma qeydə alınmayıb. Çağırış müddətində əsgərlər testdən keçirilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əsgər   Test   Koronavirus  





Xəbər lenti