Paşinyan nazir postuna kadr tapa bilmir, hamı təklifi rədd edir

 Paşinyan nazir postuna kadr tapa bilmir,  hamı təklifi rədd edir
  21 Noyabr 2020    Oxunub:2281
Ermənistanda daxili siyasi gərginlik daha da artır.

Azvision.az "Joğovurd" nəşrinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın komandasında ciddi narazılıqlar müşahidə edilir. Belə ki, səlahiyyətlilər Təhsil və elm, Mədəniyyət və İdman nazirlərinin yerinə normal namizəd tapa bilmirlər.
Məsələ burasındadır ki, iqtidarda söz sahibi olan şəxslər təhsil naziri Arayik Arutyunyanın vəzifəsindən uzaqlaşdırmasından sonra, nazirlikdə bu postda çalışmağa razı olan layiqli namizəd tapa bilməyiblər.

“Joğovurd” yazır ki, çünki bu sistemdə problemlər nəinki qalaq-qalaq yığılıb, həm də artıq həll olunmaz hala gəlib: “Əldə etdiyimiz məlumata görə, baş nazir Nikol Paşinyan da Təhsil və elm, Mədəniyyət və İdman, Diaspora və Gənclərlə İş üzrə Komitənin üzvlərinə müraciət edərək sözügedən sahələri dirçəldə biləcək kadr təklif etmələrini istəyib. Mənbələrimiz deyir ki, nazir postuna təklif olunan, lakin təklifi qəti şəkildə rədd edən namizədlər olub. İndi səlahiyyətlilər bu sahələri idarə edə biləcək normal kadr axtarır".

Qeyd edilib ki, səhiyyə naziri Arsen Torosyan da yaxın vaxtlarda işdən çıxarılacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Nazir  





Xəbər lenti