İranın din xadimləri Azərbaycanı dəstəkləyir

   İranın din xadimləri Azərbaycanı dəstəkləyir
  21 Noyabr 2020    Oxunub:2116
Qarabağ Azərbaycana məxsus bölgədir və müsəlmanlar onun erməni işğalından azad edilməsini dəstəkləməlidirlər.
Azvision.az Azərtaca-a istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbərinin Zəncan vilayəti üzrə nümayəndəsi, vilayətin imam cüməsi Şeyx Əli Xatəmi deyib.

Zəncanda din xadimlərinin iştirakı ilə keçirilən toplantıda qeyd olunub ki, uzun müddət işğalda qalan Qarabağ Azərbaycan Ordusu tərəfindən azad edilib. Bu münaqişədə Azərbaycan haqlı olduğunu sübuta yetirib və müsəlmanların borcu Azərbaycana mənəvi dəstək göstərməkdən ibarət olmalıdır.

Çıxış edən din xadimləri diqqətə çatdırıblar ki, regiondan qazanc əldə etməyə çalışan xarici qüvvələr fitnə-fəsad törətməyə çalışırlar. Lakin xalqlarımızın yaxınlığı və dövlətlərimizin siyasəti buna imkan verməyəcək.

Azvision.az


Teqlər: İran   Din-xadimi   Dəstək  





Xəbər lenti