Koronavirusa yoluxanların sayı 58 milyonu ötdü

  Koronavirusa yoluxanların sayı 58 milyonu ötdü
  22 Noyabr 2020    Oxunub:1921
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 58 milyon 494 min 754 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 386 min 570 nəfərdir.

İndiyədək 40 milyon 467 min 900 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 102 min 392 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti