Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladı

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladı
  23 Noyabr 2020    Oxunub:2039
Avropa Şurasının (AŞ) Baş katibi Xarici İşlər naziri Ceyhun Bayramovun məktubunu cavablayıb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.

Azvision.az


Teqlər:   Baş-katib   XİN  





Xəbər lenti