“BQXK nümayəndələri Amin və Bayramla görüşməyib”

 “BQXK nümayəndələri Amin və Bayramla görüşməyib”
  23 Noyabr 2020    Oxunub:2562
"Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları ilə görüşdük. Onlar bizə heç bir xəbər olmadığını bildirdilər".
Bu barədə Azvision.az -a açıqlamasında Şuşa uğrunda döyüşlərdə yaralanaraq ermənilərə əsir düşən Bayram Kərimovun atası Yaşar Kərimov deyib:

“Heç bir xəbər yoxdur. Komitənin əməkdaşları bizim uşaqlarla görüşməyiblər. Yayılan məlumatların hamısı yalandır. Görüşün olub-olmayacağı barədə də məlumat yoxdur”.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşüblər.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şuşa   Əsir  





Xəbər lenti