Səfirlik Elmira Axundova barədə açıqlama yaydı
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, E.Axundovanın Şusterin 13 noyabr tarixli bu verilişindəki nitqinin tam videosu səfirliyin sosial şəbəkələrində yerləşdirilmiş və yalnız facebook səhifəsində bu videonun 100 minə yaxın izləyicisi olub və əsasən də ermənilər tərəfindən həmin videoya nəlayiq sözlərlə şərhlərin verilməsi davam edir.
"Onu da qeyd etmək istərdik ki, bu verilişə səfir E.Axundova ilə eyni zamanda Ermənistanın Ukraynadakı səfiri də dəvət olunmuş, nəticədə isə erməni səfiri bunun “yaxşı ideya” olmadığını veriliş təşkilatçılarına bildirərək qəti şəkildə çıxış etməkdən imtina edib.
Qeyd edək ki, səfir E.Axundova Ukraynaya təyinatının ilk günlərindən məhz Türkiyə səfirliyi ilə sıx və isti münasibətlər qurmuşdur. Belə ki, səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikasının qurucusu, dahi Atatürkün 10 Noyabr - Anma Günündə Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun yaratdığı büst-əsərin hədiyyə şəklində təqdim edilməsi Türkiyə səfirliyi və türk mətbuatı tərəfindən yüksək qiymətləndirilib.
Eləcə də, səfirliyimizin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyimiz Günü münasibətilə Kiyev şəhərinin mərkəzində yerləşən nüfuzlu “UNİAN” informasiya agentliyində Azərbaycan və Türkiyə səfirlərinin birgə brifinqində bəyan etdikləri fikirləri Ukraynanın aparıcı KİV-ləri və geniş ictimaiyyəti arasında ciddi marağa səbəb olmuşdur. Belə misalları yenə də gətirmək olardı.
8 Noyabr tarixində Şuşa şəhərimizin işğaldan azad olunması ilə bağlı Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqına müraciəti zamanı zəfər dolu nitqində səsləndirdiyi “Bizim torpaqlarımızı yalnız Azərbaycan əsgərləri, Azərbaycan zabitləri azad edirlər. Məhz əsgərlər, müdafiəyə sinəsi ilə dayanmış, heçnədən qorxmayaraq, əllərində bayraq, əllərində silahla düşməni qovurlar və məhv edirlər. Bizim əsgərlərimizə eşq olsun!” bəyanatını səfir E.Axundova uyğun şəkildə Ukraynanın geniş tamaşaçı auditoriyasına növbəti efir vaxtlarında dəfələrlə çatdırıb", - səfirliyin açıqlamasında bildirilir.
Azvision.az
Teqlər: ElmiraAxundova Ukrayna