Ermənilər Kəlbəcərdə hərbi hissəni partlatdı - VİDEO

 Ermənilər Kəlbəcərdə hərbi hissəni partlatdı -    VİDEO
  25 Noyabr 2020    Oxunub:2789
İşğalçı ermənilərin Azərbaycanın Kəlbəcər rayonundan köçü başa çatır.
Azvision.az xəbər verir ki, ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl nəinki evləri, obyektləri yandırıb, hətta hərbi hissəni və əsgər yataqxanasını da partladıblar.

Qeyd edək ki, erməni vandalizmi bununla bitmir. İşğalçılar daha əvvəl meşələrdəki ağacları qıraraq Ermənistana daşıyıb, işıq dirəklərini dağıdıb, həmçinin ev heyvanlarını tələf ediblər.



Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş üçtərəfli bəyanata əsasən, noyabrın 25-dən etibarən Kəlbəcər rayonu Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti