Abşeron, Binəqədi və Sabunçuda iki gün su olmayacaq

Abşeron, Binəqədi və Sabunçuda iki gün su olmayacaq
  25 Noyabr 2020    Oxunub:1365
Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə iki gün içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmiryolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar 26-27 noyabr 2020-ci il tarixlərində Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azvision.az


Teqlər: Su   Abşeron  





Xəbər lenti