DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısında
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Azvision.az -a verilən məlumata görə, müsabiqə çərçivəsində DOST Agentliyinin fəaliyyəti 132 sayda DOST xidmətləri ilə əhatə olunan əhali qrupları, tərəfdaşlar, fəaliyyətin icra alqoritmləri, tətbiq edilən innovasiyalar sahəsində qiymətləndiriləcək. ESSA müsabiqəsinə təqdim olunan sənədlərin əhəmiyyətli hissəsi DOST mərkəzlərinin vətəndaşların həyat keyfiyyətinə gətirdiyi fərq və fəaliyyətin cari nəticələrinə aiddir.
Qeyd edək ki, DOST Agentliyi fəaliyyətinin beynəlxalq səviyyədə tanınması və təcrübə mübadiləsi məqsədilə müxtəlif qurumlar ilə əməkdaşlıq edir. Bunların sırasında Beynəlxalq Əmək Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və başqa təşkilatlar var.
Azvision.az
Teqlər: DOST