“Qarabağ” klubu 27 ildən sonra Ağdama getdi

  “Qarabağ” klubu 27 ildən sonra Ağdama getdi
  28 Noyabr 2020    Oxunub:2567
"Qarabağ" futbol klubu 27 ildən sonra işğaldan azad edilmiş Ağdama yola düşüb.

Azvision.az xəbər verir ki, komanda səfər zamanı Cümə məscidini, Azərbaycanın Milli Qəhrəmanı, eyni zamanda "Qarabağ" klubunun əfsanəvi kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edəcək.
Ağdam təmsilçiləri, həmçinin “İmarət” stadionuna da baş çəkəcəklər.

Qeyd edək ki, Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qarabağ   Klub   Ağdam  





Xəbər lenti