DİN-in “Mübariz keşikdə” və “Polis” qəzetləri birləşdirildi

  28 Noyabr 2020    Oxunub : 1398
DİN-in “Mübariz keşikdə” və “Polis” qəzetləri birləşdirildi
Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində DİN-in “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib.

Beləliklə, 2021-ci ilin yanvarından başlayaraq, nazirliyin mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək.

Azvision.az

Teqlər: