Bərdədə koronavirus xəstəsinə cinayət işi açılıb

Bərdədə koronavirus xəstəsinə cinayət işi açılıb
  05 Dekabr 2020    Oxunub:1934
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bərdə rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu “COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Bərdə   Koronavirus  





Xəbər lenti