“Avropalı diplomatları ölkədən çıxarmağa məcbur idik”- Zaxarova

  “Avropalı diplomatları ölkədən çıxarmağa məcbur idik”-    Zaxarova
  07 Fevral 2021    Oxunub:5073
"Rusiya avropalı diplomatları ölkədən çıxarmağa məcbur idi".
Azvision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya-1" telekanalının efirində deyib.

O bildirib ki, diplomatların ölkədən çıxarılması ilə bağlı verilən qərar dövlətin daxili işlərinə müdaxiləyə cavab idi.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 23-də Moskvada və Sankt-Peterburqda qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatını persona non-qrata elan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   diplomat  





Xəbər lenti