“Müharibənin ilk günü düşmənin 500-ə qədər hədəfi məhv edilib” - General

“Müharibənin ilk günü düşmənin 500-ə qədər hədəfi məhv edilib” -  General
  09 Fevral 2021    Oxunub:6818
Azərbaycan Ordusunun artilleriya bölmələri müharibənin ilk günü kütləvi atəş zərbələri ilə düşmənin 500-ə qədər hədəfini məhv edib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.

General bildirib ki, müasir, universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib:

"Yerdəyişməyə məcbur edilən düşmənin artilleriya vasitələri PUA-lar tərəfindən asanlıqla aşkar olunaraq məhv edilib".

Azvision.az


Teqlər: Raket   Artilleriya   Düşmən   Məhv  





Xəbər lenti