“Azərbaycan PUA-ları peşəkar tankçılarımızı məhv edib” - Gevorqyan

“Azərbaycan PUA-ları peşəkar tankçılarımızı məhv edib” -  Gevorqyan
  11 Fevral 2021    Oxunub:2158
Erməni ictimai fəal Aram Gevorqyan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən tankçı Erik Hacıkyan haqqında məlumat paylaşıb.
Azvision.az xəbər verir ki, Vanadzordan olan Erik Ermənistandakı Amerika Universitetinin 2-ci kurs tələbəsi olub və 2019-cu ilin yayında orduya çağırılıb:

"O, Rusiyada keçirilən "Kavkaz-2020" təlimlərindən qayıtdıqdan dərhal sonra döyüşlərdə iştirak etmək üçün tankçı kimi cəbhəyə yola düşüb. 16 oktyabr Erik üçün ağır gün oldu. Onun idarə etdiyi tank Xanlıq yaxınlığında Azərbaycan PUA-sı tərəfindən vuruldu. Erik yerindəcə ölüb. Qəribədir ki, elə həmin gün onun qardaşı da ayağından yaralanıb. Yenə də PUA amili. Həmin dövrdə verilən vədlərə inansaq, havaya qalxa bilməyən dron... Komandanlıq heyətinin yarıtmaz işi və nəticədə biz bu xaotik durum üçün bütöv bir nəslin ölümünü ödədik. Biz hər biri ayrıca şəxsiyyət olacaq oğlanları itirdik. Erik isə cəmi 19 yaşında idi".

Məlumatda, həmçinin bildirilib ki, Azərbaycan Ordusunun arsenalında olan yeni nəsil silahlar-PUA-lar Erik kimi güclü təlimlər görmüş xeyli sayda peşəkar tankçını məhv edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Tankçı   PUA   Azərbaycan-Ordusu  





Xəbər lenti