“Göydən başımıza alov tökülürdüsə, nə etməliydik?” - Döyüşdən qaçan ermənilər

 “Göydən başımıza alov tökülürdüsə, nə etməliydik?” -  Döyüşdən qaçan ermənilər
  11 Fevral 2021    Oxunub:4906
Ermənistanın hüquq-mühafizə orqanları, xüsusən də ibtidai istintaq orqanları ciddi problemlə üzləşib. 10 000-dən çox insana fərarilik, döyüş mövqelərini tərk etmək və döyüş sahəsindən qaçmaq ittihamları ilə cinayət işi açılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ibtidai istintaq orqanları müharibə dövründə postlarını tərk edən və ya qaçan döyüşçüləri dindirmək üçün çağırır.

“Həmin şəxslər dindirmə zamanı bildiriblər ki, göydən başlarına alov tökülürsə və dostları gözlərinin qarşısında külə dönürsə, nə etməli idilər. Başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmalı idik. Nə etməliydik? Ölməliydik?.

Bu ifadələri dinləyən müstəntiqlər də nə edəcəklərini, bu məsələ ilə bağlı hansı hüquqi qərar verəcəklərini bilmirlər".

İndiyədək 10 mindən çox döyüş iştirakçısına qarşı cinayət işi başlanılıb və onların hərəkətləri ilə bağlı hansı qərar veriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, dünən parlamentdə Ermənistanın baş naziri Nikol Paşinyan “Parlaq Ermənistan” fraksiyasının lideri Edmond Marukyanın sualını cavablandırarkən, 44 günlük müharibə ilə əlaqədar 10 mindən çox cinayət işinin başladıldığını bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti