“Space” TV-yə müvəqqəti rəhbər təyin olundu - YENİLƏNİB

 “Space” TV-yə müvəqqəti rəhbər təyin olundu -  YENİLƏNİB
  15 Fevral 2021    Oxunub:3448
Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.
Azvision.az xəbər verir ki, o, indiyədək "Space" TV-də icraçı direktor vəzifəsində çalışıb.

K.Şahverdiyev görkəmli sənətkar Rəşid Behbudovun kürəkənidir. O, həm də Rəşid Behbudov Fondunun direktorudur.

Xatırladaq ki, kinorejissor Vaqif Mustafayev bir neçə gün əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.

Azvision.az


Teqlər: Space   TV  





Xəbər lenti